"Elektron ipoteka" və "Güzəştli mənzil" sistemi inteqrasiya olunacaq

elektron ipoteka ve guzestli menzil sistemi inteqrasiya olunacaq

Gələcəkdə güzəştli şərtlərlə mənzil alacaq şəxslərə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı “İpoteka və Kredit Zəmanət Fondu” ASC və Mənzil İnşaatı Dövlət Agentliyi  arasında əməkdaşlıq əlaqələrinin qurulması təmin edilib.

 

“APA-Economics”in məlumatına görə, bu “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabatda öz əksini tapıb.

 

Məlumatda qeyd olunub ki, prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiq edilib: “Qayda ilə inşa ediləcək mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışının  dəstəklənməsi məqsədilə bu mənzilləri almaq hüququ olan şəxslərin dairəsi güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsi ilə eyniləşdirilib. Qaydanın tələblərinə əsasən güzəştli mənzillərin alqı-satqı müqaviləsinin nümunəvi forması Agentlik ilə razılaşdırılaraq Cəmiyyətin İdarə Heyəti tərəfindən təsdiq edilib. Bu müqavilə ilə Agentliyin sərəncamında olan və mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınan mənzillərin müvafiq qaydada satışa çıxarılmasından sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi imkanı yaradılıb”.

 

Fonddan bildirilib ki, 2017-ci ildə dövlət büdcəsindən Cəmiyyətə ayrılmış 50 mln. manatın 20 mln. manatının güzəşti şərtlərlə mənzillərin alınmasına yönəldilməsi qərara alınıb.

 

Qeyd edək ki, hazırda hər iki təşkilat tərəfindən ipoteka kreditləşməsi sahəsində etibarlı məlumat mübadiləsinin təşkili məqsədilə "Elektron ipoteka" sistemi ilə "Güzəştli mənzil" sistemi arasında inteqrasiya imkanları üzrə iş aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq
    Çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə banklar...
  • polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi
    Polad Bülbüloğlu: “Heydər Əliyevin səfirlikdəki çıxışı 20 Ya...
polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi +2
MƏZƏNNƏ
FOREX
/ 19 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301