Ələt limanında bərələr operativ təmir olunacaq

elet limaninda bereler operativ temir olunacaq

"Bibiheybət" gəmi təmiri zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus üzən emalatxananın təmirinə başlanılıb. QSC-dən "APA-Economics"ə verilən məlumata görə, təmir başa çatdıqdan sonra üzən emalatxananın yedək gəmisi ilə Ələtə - yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına aparılması gözlənilir.

 

"Transxəzər" beynəlxalq nəqliyyat marşrutu üzrə yüklərin vaxtında daşınması üçün  fəaliyyətdə olan bərələrin Ələt limanında operativ təmirinə zərurət yaranıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara veriləndən sonra "Şərq-Qərb" nəqliyyat dəhlizi üzrə daşınan yüklərin həcmində də artım proqnozlaşdırıldığından "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin rəhbərliyi üzənemalatxananıntəmirinə qərar verib", - deyə məlumatda bildirlir.

Üzən emalatxana Xəzərin ən böyük yükaşırma müəssisəsinə yan alacaq gəmilərə operativ xidmət göstərməyə imkan verəcək. Bununla da gəmilərin səfərlərarası cari təmirində vaxt itkisi aradan qaldırılacaq. Əvvəllər gəmilərin "Bibiheybət" və "Zığ" gəmi  təmiri zavodlarında həyata keçirilən cari təmir işləri bundan sonra yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gerçəkləşdiriləcək.
 

Müasir standartlara cavab verəcək üzən emalatxanada  gəmilərin  təmiri ilə bağlı bütün xidmətlər göstəriləcək. Burada işçi heyətin yaşayışı üçün də zəruri hər şey nəzərə alınıb. Kayutlar, yeməkxana, istirahət otağı ilə yanaşı, üzən qurğuda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin internet və lazımı avadanlıqlarla təchiz edilən stasionar ofisi də fəaliyyət göstərəcək. Bu da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" əməkdaşlarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanında distant fəaliyyət göstərməsinə və işin səmərəliyini daha da artırmağa imkan verəcək.

 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin rəhbəri Rauf Vəliyev 24 saat növbəlilik qrafiki ilə icra edilən təmir prosesi ilə yaxından tanış olub. Bildirilib ki, təmir işləri plana uyğun aparılır. Təmirin yanvarın sonunda başa çatdırılacağı nəzərdə tutulub. Təmirlə bağlı tapşırıqlarını verən sədr daha sonra üzən qurğunun aparılacağı Bakı Beynəlxalq Dəniz Ticarət  Limanında olub.

 

Hazırda emalatxanın yerləşəcəyi ərazidə Gəmiçiliyin sifarişi ilə "Caspian Marine Services" şirkəti dibdərinləşdirmə işləri görür. İşin gedişatı ilə maraqlanan R. Vəliyev limanın nümayəndələri ilə də görüşüb. Söhbət zamanı gələcəkdə həyata keçiriləcək müştərək layihələr haqqında da fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
09:24 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide avtomobil hasara cirpilib xesaret alanlar var
    Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var...
  • fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1
    FHN Bakının mərkəzində mağazada baş verən yanğınla bağlı məl...
fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ