Gələn il Bakı-Gəncə sürət qatarı fəaliyyətə başlayacaq

gelen il baki gence suret qatari fealiyyete baslayacaq

Bakı-Tbilisi-Qars dəmiryolu xətti hazır olduqdan sonra qatarla Qarsa çatmağımız təqribən 16-18 saat edəcək”.

 

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

 

C.Qurbanovun sözlərinə görə, dəmiryolu istifadəyə  veriləndən sonra bu xətdən ilk olaraq yük qatarları ilə daşımalar həyata keçiriləcək.

 

"İlk olaraq 400 min ton taxıl yükünün daşınması, Rusiyadan gələcək kömürün, taxtanın keçirilməsi və ilk quru yüklərin daşınması üçün şərait yaradılıb. Birinci dəfə yüklər, gələn ildən isə sərnişin daşınması həyata keçiriləcək. Sərnişindaşıma yükdaşımadan 2-3 saat tez olacaq. Tariflərə gəlincə, yükdaşımada bu, müxtəlif olacaq. Məsələn taxta daşınması ilə metanolun və digər təhlükəli yüklərin daşınması tarifləri fərqli olacaq. Bakı-Tbilisi-Qars dəmiryolunda sərnişindaşıma tariflərinə gəlincə, hələ ki, bununla bağlı danışıqlar aparılmayıb. Amma tutaq ki, gələn ilə Bakı-Gəncə sürət qatarını istifadəyə versək, bu tarifin 12-14 dollar arası, təxminən 20 manat olmasını düşünürük. Bu xətt ilə daşınmanı nəzərdə tuturuqsa, Gürcüstan bir tarif, Türkiyə isə başqa tarif tətbiq edəcək. Hər halda çalışacağıq sərnişinlər, ümumi bazar nəzərə alınsın və normal qiymət müəyyən olunsun",- deyə C.Qurbanov bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
23:08 08 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287