I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Şollar su mənbəyinə səfər təşkil olunub

Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin 100 illik yubileyi qeyd olunur.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən tədbirdə ölkəmizə gələn xarici qonaqlar, kompleksin layihə rəhbəri Uilyam Lindleyin nəslinin nümayəndələri bu gün Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə, Taxtakörpü su anbarına və Xaçmaz rayonu ərazisində yerləşən Şollar su mənbəyinə səfərləri təşkil olunub. Şollar su mənbəyi ilə tanış olan qonaqlara bildirilib ki, Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksi Abşeron yarımadasının içməli su ilə təmin olunması üçün yaradılmış ilk infrastrukturdur.

 

Kompleks 1911-1917-ci illərdə ingilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında inşa edilib. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ağır iqtisadi şəraitə, gərgin və ziddiyyətli siyasi proseslərə baxmayaraq Şollar mənbəyindən Bakıya magistral su kəmərinin çəkilməsi mümkün olub. 186 km uzunluğunda olan magistral su kəməri artezian üsulu ilə qazılmış 24 quyu və lay sularından qidalanır. 100 il fasiləsiz olaraq Bakını su ilə təmin edən mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ