Masazır və Ceyranbatan qəsəbələrində yerüstü piyada keçidlərinin inşası yekunlaşıb

Masazır qəsəbəsindən keçən 13,7-ci və Ceyranbatan qəsəbəsindən keçən 27-ci km-lik hissələrində metal konstruksiyalı yerüstü piyada keçidlərinin inşası yekunlaşıb.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hər iki ərazidə keçidlərin inşası başa çatdırılaraq son tamamlanma, dizayn işləri görülür.

 

Masazır qəsəbəsi ərazisindəki 1 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 53 m, pilləkan hissələr də daxil olmaqla ümumi uzunluğu 81,4 m-dir. Ceyranbatan qəsəbəsində inşa edilən 2 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 40,5 m, pilləkən hissələr də daxil olmaqla ümumi uzunluğu isə 69 m təşkil edir.

 

Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub. Üstü açıq olan keçidlərin yol səthindən hündürlüyü 5,5 m təşkil edir, qalereyasının eni isə 3 m-dir. 

 

“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində hər iki keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li  hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meleyke abbaszade agsuda vetendaslari qebul edib
    Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib
  • bakida sehadet senedli filminin teqdimati kecirilib
    Bakıda "Şəhadət" sənədli filminin təqdimatı keçirilib...
bakida sehadet senedli filminin teqdimati kecirilib bakida sehadet senedli filminin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ