MİDA: Yasamal yaşayış kompleksində ilk bina və məktəb gələn il təhvil veriləcək

mida yasamal yasayis kompleksinde ilk bina ve mekteb gelen il tehvil verilecek

2017-ci ilin I yarısında Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal yaşayış kompleksinin tikintisi sürətlə davam etdirilib.

 

MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumata görə, bu barədə 2017-ci ilin birinci yarısında görülən işlərin nəticələri ilə bağlı MİDA-da keçirilən hesabat iclasında qurumun direktoru Samir Nuriyev bildirib.


Onun sözlərinə görə, 2016-cı ilin dekabrın 24-də təməli qoyulmuş ilk 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin tikintisi aparılır, 3 mərtəbəli ümumtəhsil məktəbinin binasının isə tikinti-quraşdırma işləri artıq tamamlanmaq üzrədir. "Hər iki tikilinin 2018-ci ilin yay aylarında tam təhvil verilməsi planlaşdırılır. 29 yaşayış binasından ibarət olacaq Yasamal yaşayış kompleksinin hal-hazırda 25-nin tikintisi, habelə elektrik enerjisi, su, qazla təminatı və kanalizasiya sistemini əhatə edəcək mühəndis-kommunikasiya şəbəkəsinin yaradılması işləri paralel olaraq həyata keçirilir", - deyə o əlavə edib.

 

MİDA rəhbəri deyib ki, hesabat dövründə Yasamal yaşayış kompleksi layihəsinin reallaşdırılması çərçivəsində 3 yaşayış binasının tikintisi, habelə ərazidə rabitə, televiziya və internet xətlərinin çəkilməsi və bu sahədə müvafiq xidmətlərin göstərilməsi üzrə investisiya müsabiqələri keçirilib: "Hər iki müsabiqə nəticəsində seçilmiş investorlarla təşkil olunan dövlət-özəl tərəfdaşlığı çərçivəsində 11 milyon manatdan artıq özəl investisiyanın cəlb olunması gözlənilir. İnvestorlardan biri tərəfindən öz vəsaiti hesabına tikiləcək 3 binadan biri mənzillərini güzəştli şərtlərlə vətəndaşlara təklif etmək üçün "MİDA" MMC-yə təmənnasız olaraq təhvil veriləcək, digər 2 binanın mənzillərinin bazar qiymətinə satışı isə investor tərəfindən həyata keçiriləcək. İkinci investor tərəfindən rabitə xətlərinin Yasamal yaşayış kompleksinədək çəkilməsi və yaşayış massivinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılması təmin ediləcək".

 

MİDA-nın ikinci layihəsi olan və Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə "MİDA" MMC-yə ayrılmış 20 ha torpaq sahəsini əhatə edəcək Hövsan yaşayış kompleksinin şəhərsalma əsaslandırılmasının (baş planın) hazırlanması işləri başa çatdırılıb, layihə-smeta sənədlərinin hazırlanması üzrə təşkil olunmuş tender proseduru yekunlaşmaq üzrədir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meleyke abbaszade agsuda vetendaslari qebul edib
    Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib
  • bakida sehadet senedli filminin teqdimati kecirilib
    Bakıda "Şəhadət" sənədli filminin təqdimatı keçirilib...
bakida sehadet senedli filminin teqdimati kecirilib bakida sehadet senedli filminin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ