Müşviqabadda iki yerüstü piyada keçidinin inşası yekunlaşır

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsi ərazisindən keçən 23,5-ci və 24,4-cü km-lik hissələrində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə inşa edilən 2 yerüstü piyada keçidində son tamamlanma olaraq üzlənmə işləri aparılır.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, metal konstruksiyalı və orta dayaqlı keçidlər dəmir-beton özül dayaqlar üzərində qurulub. Üstü bağlı olan keçidlərin hər birinin uzunluğu 38 metr təşkil edir.

 

Pilləkən hissələr də daxil olmaqla keçidlərin ümumi uzunluğu 55,4 metr, qalereyasının eni isə 3,7 metrdir. Keçidlərin yol səthindən hündürlüyü 5,5 metr təşkil edir. 

 

Layihə çərçivəsində piyada keçidlərinin inşasına paralel olaraq ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılması, avtobus dayanacaqlarının qoyulması və sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li  hissələrin yaradılması, həmçinin zəruri yol nişanlarının quraşdırılması da nəzərdə tutulub.

 

Metal konstruksiyalı yeni yerüstü piyada keçidləri nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ