Parlamentdə Gəncə-Naxçıvan aviareysinin bərpa olunması təklif edilib

parlamentde gence naxcivan aviareysinin berpa olunmasi teklif edilib

“Gəncə Beynəlxalq Hava Limanının potensialından maksimim istifadə olunmur”.

 

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı sədri, deputat Naqif Həmzəyev Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.

 

Onun fikrincə, Gəncə-Naxçıvan aviareysinin bağlanması Gəncə və ətraf bölgədə turizmin inkişafında, o cümlədən burada təhsil alan tələbələrin gediş-gəlişində çətinlik yaradır.

 

Deputat, Beynəlxalq Hava Limanında Gəncə sözünün yerinə “Kirovabad” (KVD) yazıldığını xatırladıb, bunun aradan qaldırılmasını istəyib.

 

O, Gəncədə son illər görülən işləri diqqətə çatdıraraq bildirib ki, turistlərin cəlb edilməsində aviareyslərin bərpası və sayının artırılıması vacib rol oynayır, buna diqqət yetirilməlidir.

 

Deputat Gəncədə fəaliyyət göstərən Aqrar Universitetə məxsus olmuş, praktika məqsədilə istifadə edilmiş torpaq sahələrinin yenidən Universitetə qaytarılmasını da baş nazirdən xahiş edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada zelzelede olenlerin sayi 149 neferi kecib yenilenib 3
    Meksikada zəlzələdə ölənlərin sayı 149 nəfəri keçib - YENİL...
  • socar yeralti anbarlardaki qazin hecmini aciqlayib
    SOCAR yeraltı anbarlardakı qazın həcmini açıqlayıb
socar yeralti anbarlardaki qazin hecmini aciqlayib socar yeralti anbarlardaki qazin hecmini aciqlayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ