“Poçtap” elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib

poctap elektron xidmeti elektron hokumet portalina inteqrasiya edilib

“Azərpoçt” MMC tərəfindən istifadəyə verilmiş “Poçtap” xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu xidmət itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması məqsədi daşıyır.

 

Belə ki, əgər hər hansı bir sənəd itirilibsə, onu tapmaq üçün “Elektron hökumət” portalında nazirliyinin təqdim etdiyi elektron xidmətlərin siyahısındakı “POÇTAP - itirilmiş sənədlərin axtarışı” xidmətindən istifadə etmək mümkündür.

 

- Açılan səhifədə ilk olaraq sənədin qrupu seçilir,

- Sonra vətəndaş tələb olunan xanada sənədin nömrəsini, soyadını, adını və ata adını qeyd edərək axtarış düyməsini aktiv edir.

Axtarışa uyğun nəticə dərhal ekranda görünür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş 169 Çağrı Mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər.

 

Xidmətdən istifadə üçün portalda qeydiyyatda keçmək tələb olunmur.

 

Məlumat üçün bildirək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1,80 manat xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.

 

Qeyd edək ki, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökümət” portalına inteqrasiya etdirdiyi elektron xidmətlərinin sayı 38-ə çatıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23:25 19 Sentyabr
13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada guclu zelzele bas verib azi 42 nefer olub yenilenib
    Meksikada güclü zəlzələ baş verib, azı 42 nəfər ölüb - YENİL...
  • fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2
    FHN Salyanda 4 qadının ölümü ilə nəticələnən qəza ilə bağlı ...
fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2 fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ