Ramiz Həsənov Aİ-nin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas ilə görüşüb.


Komitədən "APA-Economics"ə verilən məlumata görə, R. Həsənov diplomatı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib. Komitə sədri Azərbaycanla Aİ arasında keyfiyyət infrastrukturu sahələri üzrə əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. O bildirib ki, keyfiyyət infrastrukturu sahələrinin Avropa təcrübəsinə uyğunlaşdırılması ilə bağlı 2007-ci ildən təşkilatla sıx əməkdaşlıq edilir.

 

Keyfiyyət infrastrukturu sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatların aparılması, kadr və maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı Aİ-nin "Tvinninq" aləti çərçivəsində indiyədək 3 layihə uğurla icra edilib. Hazırda uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya üzrə yeni layihənin icrasına başlanıldığını deyən komitə sədri bu layihənin də müsbət nəticələrinin olacağına əminliyini ifadə edib. Layihələrin icrası nəticəsində Aİ ölkələrinin təcrübəsindən istifadə edilərək “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlar qəbul edilib, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

 

R. Həsənov bildirib ki, institusional islahatlar çərçivəsində Azərbaycan prezidentinin bu ilin 10 fevral tarixli fərmanına əsasən komitə tərəfindən 4 publik hüquqi şəxs yaradılıb ki, bu da idarəetmənin beynəlxalq təcrübəyə uzlaşdırılması məqsədi daşıyıb. Komitə sədri qeyd edib ki, yeni təsis edilən qurumlara - Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi və Patent və Əmtəə Nişanları Mərkəzi müvafiq sahələrdə milli orqan statusunda fəaliyyətlərini göstərir.

 

SMPDK sədri hazırda icra olunan “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı “Tvinninq” layihəsinin nəticəsində Azərbaycanın Avropa Akkreditasiya Təşkilatı ilə (EA) qarşılıqlı tanınma haqqında Sazişin imzalanacağına əminliyini ifadə edib. Bildirib ki, noyabr ayında Berlində keçiriləcək EA-nın Assambleyasında Azərbaycan Akkreditasiya Mərkəzinin quruma assosiativ üzvlüyü məsələsinə baxılacaq. Bütün bunlar Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tanınması, məhsulların keyfiyyətini təsdiq edən sənədlərin, sertifikat və akkreditasiya prosedurlarının xarici ölkələrdə tanınmasının təmin edilməsi istiqamətində mühüm addımdır.

 

Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən təşkilatın ölkəmizdəki nümayəndəliyinin rəhbəri ölkəmizdə qeyri-neft ixrac potensialının artırılması istiqamətində həyata keçirilən sistem xarakterli islahatları yüksək qiymətləndirib. O bildirib ki, keyfiyyət infrastrukturu sahələrinin müasir təcrübə ilə uzlaşdırılması məhz bu siyasətə xidmət edir. Səfir bu prosesdə bundan sonra da Aİ-nin yaxından iştirak edəcəyinə, lazımi dəstəyin veriləcəyinə əmin olduğunu bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287