SMPDK-nin elektron xidmətlərinin sayı artırılacaq

smpdk nin elektron xidmetlerinin sayi artirilacaq

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin göstərdiyi e-xidmətlərin və informasiya sistemlərinin sayı artırılacaq.

 

“APA-Economics”in məlumatına görə, bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2017-ci ildə görülən işlərə dair hesabatda öz əksini tapıb.

 

Hesabatda qeyd olunub ki, Komitənin göstərdiyi e-xidmətlərin və informasiya sistemlərinin sayının artırılması istiqamətində də bir sıra işlər həyata keçirilib.

 

Elektron xidmətlərin sayının 12-dən 18-ə, informasiya ehtiyatlarının sayının 6-dan 7-yə çatdırılması məqsədi ilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli və “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli qərarlarında dəyişikliklər edilməsi üçün layihələr hazırlanaraq razılaşdırılmaq üçün müvafiq qurumlara təqdim edilib. Daxil olmuş rəy və təkliflər nəzərə alınaraq layihələr Nazirlər Kabinetinə təqdim edilib.

 

Yeni təklif olunan elektron xidmətlər “Lisenziya alınması üçün tələb olunan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədinin verilməsi”, “Azərbaycan Respublikasına idxal olunan ölçmə vasitələrinin tipə uyğunluğun təsdiqinin tanınması”, “Ölçmələrin dövlət etalonlarından kəmiyyət vahidlərinə ötürülməsi”, “Akkreditasiya attestatının qüvvədə olma müddətinin uzadılması, qüvvəsinin dayandırılması, dublikatın verilməsi, ləğv edilməsi və akkreditasiya sahəsinə əlavə və dəyişikliklər edilməsi”, “Respublika Elmi-Texniki Kitabxanaya abunəlik üçün onlayn müraciət” və “Respublika Elmi-Texniki Kitabxanaya elektron sifariş” xidmətləridir. Əlavə edilən informasiya ehtiyatı isə “Sənaye mülkiyyətinin mühafizəsi sahəsində informasiya sistemi” informasiya ehtiyatıdır.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 11 sentyabr 2014-cü il tarxili Fərmanına uyğun olaraq Komitə tərəfindən Dövlət Xidmətlərinin Elektron Reyestrinə 14 xidmət daxil edilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq
    Çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə banklar...
  • polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi
    Polad Bülbüloğlu: “Heydər Əliyevin səfirlikdəki çıxışı 20 Ya...
polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi +2
MƏZƏNNƏ
FOREX
/ 19 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301