“Sovetski”də 3610 obyekt dövlət tərəfindən satın alınıb

sovetski de 3610 obyekt dovlet terefinden satin alinib
Köçürmə üzrə işçi komissiyasının sədri: “Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə yaşayış obyektlərinin satın alınması zərurəti yaranıb”

Bakı Şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının 501 saylı 12 dekabr 2013-cü il tarixli “Yasamal rayonu ərazisində müəyyən edilmiş ünvanlarda bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar 2014-cü ilin yanvar ayından, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 358 saylı 11 noyabr 2015-ci il tarixli qərarının icrası ilə əlaqədar sərəncam qüvvəyə mindiyi tarixdən Yasamal rayonunun “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin vətəndaşlardan satınalınması tədbirləri həyata keçirilir.

 

Yasamal rayon İcra Hakimiyyəti Başçısının I müavini, Köçürmə üzrə işçi komissiyasının sədri Səməd İslamov APA-ya açıqlamasında bildirib ki, ötən müddət ərzində tərəfimizdən 3610 obyektin satınalınması həyata keçirilib, 219 azkvadratlı mənzillərin sahibləri Bakı şəhərinin Nərimanov rayonundakı 2 yeni binada yaşayış sahələri ilə təmin ediliblər.

 

S. İslamov qeyd edib ki, 2016-cı il avqustun 4-də Azərbaycan prezidenti İlham Əliyev köçürülmüş əraziyə baxış keçirib, görülən işlərlə yaxından tanış olub və yeni yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə layihənin təməlini qoyub. Ölkə başçısı ərazidə qarşıda görüləcək işlərin istiqamətini müəyyənləşdirib, bununla əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib: “Yasamal rayonu “Sovetski” adlanan ərazidə aparılacaq yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə müzakirə edilərək qəbul olunmuş layihənin tam icrası üçün həmin ərazidə əlavə yaşayış obyektlərinin satın alınması zərurəti yaranıb. Bu məqsədlə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq Yasamal rayonun Nəriman Nərimanov prospekti, Balababa Məcidov, Fuad İbrahimbəyov və Abdulla Şaiq küçələrinin arasındakı ərazidə 260 obyektin, Nəriman Nərimanov prospekti, Süleyman Tağızadə, Abdulla Şaiq, Lev Tolstoy küçələrinin əhatəsində Nəriman Nərimanov prospekti ilə Lev Tolstoy küçələrinin kəsişməsindəki ərazidə 23 obyektin, ümumilikdə 283 obyektin satınalınması barədə müvafiq qərar qəbul edilməsi üçün tərəfimizdən hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim edilib. Nazirlər Kabinetinin 533 saylı, 30 dekabr 2016-cı il tarixli qərarı ilə Bakı şəhərinin baş planına uğun olaraq dövlət əhəmiyyətli yollarının və digər kommunikasiya xəttlərinin çəkilməsi məqsədilə həmin ünvanlardakı vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alan orqan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti müəyyən edilib. Qərara müvafiq olaraq tərəfimizdən məqsədyönlü tədbirlər həyata keçiriləcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
09:24 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide avtomobil hasara cirpilib xesaret alanlar var
    Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var...
  • fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1
    FHN Bakının mərkəzində mağazada baş verən yanğınla bağlı məl...
fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ