Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

standartlasdirma metrologiya ve patent uzre dovlet komitesinde kollegiya iclasi kecirilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, kollegiyada 2017-ci ildə komitə tərəfindən görülmüş işlərə dair hesabat və 2018-ci il üçün qarşıda duran vəzifələr müzakirə edilib. Həmçinin komitə tərəfindən təsis edilən publik hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması, işinin müasir tələblərə uyğun qurulması, sahibkarların müraciətlərinə baxılması və qəbulunun təkmilləşdirilməsi və s. məsələlərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. Komitənin normativ hüququ aktlarında bir sıra dəyişikliklərin edilməsi təklif olunub.

 

İclasda Komitənin Aparatı, komitənin təsis etdiyi publik hüquqi şəxslər, Respublika Elmi-Texniki Kitabxananın rəhbərlərinə 2018-ci il ərzində qarşıda duran vəzifələrin icrasını təmin etmək barədə tapşırıqlar verilib. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” prezident İlham Əliyevin 2011-ci il 23 may tarixli fərmanında dəyişikliklər edilməsi barədə” prezidentin 2017-ci il 16 may tarixli fərmanının 2.4-cü və prezidentin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə  Komitənin normativ hüququ aktlarında dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq
    Çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə banklar...
  • polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi
    Polad Bülbüloğlu: “Heydər Əliyevin səfirlikdəki çıxışı 20 Ya...
polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi +2
MƏZƏNNƏ
FOREX
/ 19 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301