V Regional İnternet İdarəçilik Forumu keçirilib

BMT-nin İnkişaf Proqramı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı "Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi" layihəsi çərçivəsində "İnnovasiya və Tərəqqinin Açarı İnternet" mövzusunda V Regional İnternet İdarəçilik Forumu keçirilib.


"APA-Economics" xəbər verir ki, tədbir BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin, BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyinin və ADA Universitetinin birgə dəstəyi ilə keçirilir.

 

Qeyd edək ki, Regional İnternet İdarəçilik Forumunun keçirilməsinin əsası 2012-ci ildə Bakıda təşkil edilən VII İnternet İdarəçilik Forumu ərəfəsində qoyulub və ənənə halını alaraq hər il keçirilir.


Forumun keçirilməsində əsas məqsəd daha səmərəli regional innovativ inkişaf üçün internetin rolu, yerli və beynəlxalq mütəxəssislər arasında təcrübə mübadiləsi və bu sahədə çatışmazlıqlar barədə müzakirələr aparmaqdır.

 

Tədbirdə "İKT startapları dövründə hökumətin və beynəlxalq təşkilatların rolu: cərəyanlar və problemlər", "İnnovativ, rəqabətə davamlı və inkişaf edən iqtisadiyyatın təkmilləşdirilməsində internetin rolu", "E-iştirak və Açıq Hökumətdə Azərbaycanın potensialı: təşəbbüslər və risklər", "İKT sahəsinin inkişafı üçün paydaşları cəlb etmək məqsədilə nə edilə bilər?" kimi mövzular müzakirə olunub.

 

Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların nümayəndələri, elm və vətəndaş cəmiyyətinin mütəxəssisləri iştirak ediblər.

 

Forumda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, BMT-nin İnkişaf Proqramının, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin, ICANN-ın nümayəndələri çıxış ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 20 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan beser esedi destekleyen quvvelerin afrinden geri cekilmesinden danisib
    Ərdoğan Bəşər Əsədi dəstəkləyən qüvvələrin Afrindən geri çək...
  • penitensiar xidmetin erazisinde yangin sondurulub yenilenib
    Penitensiar Xidmətin ərazisində yanğın söndürülüb - YENİLƏNİ...
penitensiar xidmetin erazisinde yangin sondurulub yenilenib penitensiar xidmetin erazisinde yangin sondurulub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Fevral, 2018

USD
1.7001
 
EUR
2.106
 
RR
0.0301