Xaçmazda uçan körpü yenilənib

Xaçmaz rayonunda sel nəticəsində tamamilə sıradan çıxmış avtomobil körpüsü sökülərək yenisi ilə əvəzlənib.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yeni körpü Xaçmaz rayonunun Qaraçay-cek və Aşağı Zeyid kəndləri arasında Qaraçay üzərində inşa edilib.

 

Yeni avtomobil körpüsü biraşırımlı olmaqla 14 metr uzunluğunda və 5,5 metr enindədir. Körpünün konstruksiyası dəmir-betondur və 60 ton ağırlığa hesablanıb.

 

Qeyd edək ki, bu ilin sentyabr ayında yağan intensiv yağışlardan sonra Qaraçayda yaranan sel suları bundan öncəki körpünün orta dayağını yuyaraq dağııb. Nəticədə 12 metr uzunluğunda və 4,5 metr enində olan körpü iki hissəyə bölünüb.

 

Əraziyə cəlb olunmuş “Azəravtoyol” ASC-nin mütəxəssisləri, canlı qüvvəsi və texnikaları vasitəsi ilə tikinti işləri qısa müddətdə (22 gün) və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:08 17 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qebiristanliqda gizledilmis silah tapilib
    Bakıda qəbiristanlıqda gizlədilmiş silah tapılıb
  • baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub yenilenib
    Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansi...
baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub yenilenib baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0827
 
RR
0.0301