® “Azər Türk Bank” Bakı Şopinq Festivalının rəsmi tərəfdaşıdır

174 azer turk bank baki sopinq festivalinin resmi terefdasidir

Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamından irəli gələn tədbirlərdən biri də Bakıda sopinq festivallarının təşkilidir. İldə iki dəfə təşkil edilməsi nəzərdə tutulan "Bakı Ticarət Festivalı" ("Baku Shopping Festival") bu dəfə oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

 

Ölkədə bir çox əhəmiyyətli layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı Azər Türk Bank bu möhtəşəm tədbirin ərsəyə gəlməsində də rəsmi tərəfdaş qismində çıxış edir. Bundan əlavə Azər Türk Bank, həmçinin Festivalın müvəkkil banklarından biridir.

 

Vətəndaşlar Festivalın mağazalarında 100 AZN-dan çox məbləğdə alış-verişin müvafiq qaydalarına uyğun olaraq ƏDV-nin müəyyən qismini bankımızın baş ofis, filial və şöbələri vasitəsilə, alıcının istəyinə uyğun olaraq, elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli və ya xarici valyutada bank kartına  köçürmə ilə geri ala biləcəklər.

 

Həmçinin Dövlət bankı olan Azer Turk Bank müştərilər üçün möhtəşəm bir fürsət yaradaraq sığorta xərclərini ödəmədən 15.000 AZN-dək kredit əldə etmək imkanını təqdim edir. Bu imkan Bankın müştərilərinə 15 oktyabr – 15 noyabr tarixində keçirilən Bakı Şopinq Festivalın 400-dən çox mağazalarında alış-veriş edib müxtəlif endirim, kampaniya və “Tax Free” istemindən yararlanmaq fürsəti də yaradır.

 

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ilin en yaxsi kisi futbolcusu melum olub
    İlin ən yaxşı kişi futbolçusu məlum olub
  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
bilesuvarda 0 5 ton pambiq yanib bilesuvarda 0 5 ton pambiq yanib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295