® Bank BTB sürətli sənədləşmə ilə ipoteka kreditləri təklif edir

174 bank btb suretli senedlesme ile ipoteka kreditleri teklif edir

Şəxsi mənzil arzusunda olanlara Bank “BTB” ASC - dən yeni fürsət təqdim olunur. Belə ki, Bank BTB Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına verilən ipoteka kreditlərinin illik faiz dərəcəsini 7%-ə endirmişdir. Bundan əlavə Bank BTB-dən ipoteka krediti əldə edən müştərilərə əmlak sığortası hədiyyə olunur.

 

Şərtlərə əsasən banka müraciət edən müştərilər 150 000 manatadək ipoteka kreditini 20% ilkin ödəniş etməklə 25 il müddətinədək əldə edib şəxsi ev sahibi ola bilərlər.

 

Bank “BTB” ASC-dən İpoteka krediti əldə etməyin əsas üstünlüyü rəsmiləşdirmə prosesinin sürətli olmasıdır. Belə ki, tələb olunan sənədlər müştəri tərəfindən vaxtında təqdim edildiyi halda Bank cəmi 1 həftə ərzində ipoteka kreditini rəsmiləşdirir və alınacaq əmlakın alqı-satqısı həyata keçirilir.

 

İpoteka krediti üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti, bütün ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti, iş yerini və gəlirlərini təsdiq edən sənədlər, əmək müqaviləsi və ya əmək kitabçasının təsdiqlənmiş sürəti, ipoteka predmetinin qiymətləndirmə aktı aiddir.

 

İpoteka krediti əldə etmək istəyən şəxslər ilk öncə https://e-ipoteka.az/ saytında qeydiyyatdan keçib, ərizə formasını doldurmaqla Bank BTB-ya müraciət edə bilərlər. İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan İpoteka Fondunun rəsmi internet saytından http://www.amf.az/az/ və ya Bank BTB-nin rəsmi internet saytından www.btb.az tanış ola bilərlər.

 

Bank xidmətləri haqqında (012) 946 qısa nömrəli Məlumat Mərkəzidən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • berlinde xocali soyqiriminin 26 ci ildonumu ile elaqedar simpozium kecirilib
    Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar sim...
  • gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib
    Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda müasir istixa...
gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301