® “Kapital Bank”ın yenilənən Gədəbəy filialı istifadəyə verilib

174 kapital bank in yenilenen gedebey filiali istifadeye verilib

“Kapital Bank” filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Gədəbəy filialının yenilənmiş ofisini istifadəyə verdi. Yeni konsepsiya əsasında təmir edilən filial Gədəbəy rayonu, 20 Yanvar küç., 4 ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

 

Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən Gədəbəy filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

 

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Bakı şəhəri üzrə Buzovna, Dəmiryol və Lökbatan şöbələri, region üzrə Masallı şöbəsi fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı, Göyçay, Qobustan, Beyləqan və Tərtər filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • socide rusiya turkiye ve iran prezidentlerinin gorusu baslayib
    Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başla...
  • vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib
    Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-p...
vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9963
 
RR
0.0287