® VTB (Azərbaycan)-dan “Bakı-Moskva-Bakı” aviabileti qazanmaq şansı

174 vtb azerbaycan dan baki moskva baki aviabileti qazanmaq sansi

Yeni il ərəfəsində bank VTB (Azərbaycan)-da “Bakı-Moskva” kart sahibləri üçün xüsusi Aksiyaya start verilir. 11 dekabr 2017-ci ildən 31 yanvar 2018-ci ilədək “Bakı-Moskva” kartı ilə ən çox alış-veriş edən müştəri Bakı-Moskva-Bakı istiqamətində aviabilet qazanacaq.

 

Aksiyanın şərtlərinə əsasən, xərclənən vəsait hesablanarkən Azərbaycan ərazisində və xaricdə, ticarət nöqtələrində və elektron kommersiya vasitəsi ilə kartla həyata keçirilmiş nağdsız əməliyyatlar nəzərə alınacaq. Xaricdə həyata keçirilən əməliyyatların məbləği hesablanma zamanı iki dəfə artırılacaq. Nağd vəsaitin çıxarılması, istənilən növ kart köçürmələri, kreditlərin ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablanmada nəzərə alınmayacaq.

 

Qalib Aksiya başa çatdıqdan sonra 3 gün ərzində müəyyənləşəcək. Bilet yalnız kart sahibinin - Aksiya qalibinin adına verilir. Uçuşun tarixlərini qalib seçir və bu barədə uduş elan edildikdən sonra 1 ay ərzində banka məlumat verir.

 

“Bakı-Moskva” kartı nağdsız ödənişlər və nağdlaşdırma üçün, eləcə də pul vəsaitinin hesabda yığılması üçün nəzərdə tutulan, 24 və 36 ay müddəti olan debet kartıdır. Kartı manat, dollar, avro və rubl valyutasında açmaq olar. Valyutasından asılı olaraq kart hesabındakı qalıq məbləğinə illlik 0,5%-dən 4,5%-dək əlavə gəlir hesablanır. Bundan başqa, kart 0,5% həcmində Cash Back nəzərdə tutur. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ressam leyla sahbazovanin ferdi sergisi acilib
    Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb...
  • bineqedide avtomobil temiri sexinde yangin olub
    Binəqədidə avtomobil təmiri sexində yanğın olub
bineqedide avtomobil temiri sexinde yangin olub bineqedide avtomobil temiri sexinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 Dekabr, 2017

USD
1.7001
 
EUR
2.0032
 
RR
0.0289