ABA prezidenti iqtisadçı-ekspertlərlə görüşüb

aba prezidenti iqtisadci ekspertlerle gorusub

Azərbaycan Banklar Assosiasiyasında (ABA) iqtisadçı-ekspertlərlə görüş keçirilib.

 

ABA-dan "APA-Economics"ə verilən məlumata görə, görüşdə assosiasiya prezidenti Zakir Nuriyev, təşkilatın icraçı direktoru Yunus Abdulov, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov və İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Samir Əliyev iştirak edib.

 

Görüş çərçivəsində bank sektorunun cari vəziyyəti, mövcud trendlər, sektorda baş verən proseslərin kommunikasiyası, cəmiyyətin maliyyə savadlılığının artırılması məsələləri və ABA ilə ictimai təşkilatlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanin qeyri neft ixraci 1 2 mln dollari otub
    Azərbaycanın qeyri-neft ixracı 1,2 mln. dolları ötüb
  • goycayda reyd zamani 140 surucu cerimelenib
    Göyçayda reyd zamanı 140 sürücü cərimələnib
goycayda reyd zamani 140 surucu cerimelenib goycayda reyd zamani 140 surucu cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9941
 
RR
0.0287