"AmCham" strateji yol xəritələrinin monitorinqini alqışlayır

amcham strateji yol xeritelerinin monitorinqini alqislayir

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham-Azerbaijan") prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin monitorinqinin aparılması və qiymətləndirmə hesabatlarının hazırlanması təşəbbüsünü dəstəkləyir.

 

"APA-Economics"in məlumatına görə, "AmCham-Azerbaijan"ın icraçı direktoru Natəvan Məmmədova qeyd edib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin açıq monitorinqinin aparılması və ortaya çıxmış nəticələrin, həmçinin bu istiqamətdə aparılan qiymətləndirmənin ictimaiyyətə təqdim olunması olduqca mütərəqqi bir haldır. "AmCham-Azerbaijan" strateji yol xəritələrinin hazırlanmasında iştirak etmiş bir qurum olaraq hesab edir ki, həm yarım ildən bir, həm də illik təqdim olunacaq bu nəticələr strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin vaxtında və effektiv icra edilməsinə rəvac verəcək. Palata aparılan monitorinq nəticələrinin mütəmadi olaraq öz üzvlərinə çatdırılmasında və tərtib edilmiş hesabatlar üzrə müzakirələrdə iştirak etməkdə maraqlıdır.


Monitorinq və qiymətləndirmə nəticələrini şərh edən N. Məmmədova onu da bildirib ki, strateji yol xəritələrində nəzərdə tutulan işlər üzrə qiymətləndirmənin aparılması yol xəritələrinin təsdiq edilməsindən sonra hesabat xarakterli həyata keçirilmiş ilk belə hal olaraq xüsusi əhəmiyyət kəsb edir və xəritələrin implementasiyasında nəzərə çarpacaq irəliləyişə səbəb olacaq.

 

"Strateji yol xəritələri üzrə belə bir monitorinq və qiymətləndirmə sisteminin qurulması açıq hökumət prinsipinə tam uyğundur və bu təşəbbüsün həyata keçirilməsi yol xəritələrinin reallaşması prosesində şəffaflıq, hesabatlılıq və səmərəliliyin təmin olunması baxımından olduqca təqdirəlayiq bir haldır. Monitorinqlər strateji yol xəritəsinin icrasına dair məlumatların yerli və beynəlxalq ictimaiyyətlə kommunikasiya olunmasına, həmçinin bu sahədə tələb olunan investisiyanın cəlb edilməsinə şərait yaradacaq ki, bu da bütövlükdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət göstərəcək", - deyə N. Məmmədova əlavə edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • berlinde xocali soyqiriminin 26 ci ildonumu ile elaqedar simpozium kecirilib
    Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar sim...
  • gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib
    Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda müasir istixa...
gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301