Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

azerbaycan gurcustan ve turkiye gomruk xidmeti rehberlerinin ucterefli gorusu kecirilecek

İyulun 19-da Bakı şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşü keçiriləcək.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, həmin gün tədbir iştirakçıları öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Sonra Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Üçtərəfli Yüksək Səviyyəli Görüş keçiriləcək.

Görüşün açılış mərasimində DGK sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili və Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkcinin iştirakı nəzərdə tutulub.

Tədbirdə Bakı-Tbilisi-Qars dəmir yolu daşımaları çərçivəsində gömrük əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunacaq, "Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında gömrük məsələlərində üçtərəfli geniş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair Birgə Bəyanat" qəbul ediləcək.

 

Bununla yanaşı, görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş"in imzalanması planlaşdırılıb.

 

Qeyd edək ki, bu görüşdən öncə, iyulun 18-də ekspertlərin üçtərəfli görüşü də təşkil olunacaq.

 

Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük və daxili işlər orqanları, eləcə də dəmir yolları üzrə mütəxəssislərinin iştirak edəcəyi toplantıda - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə əlaqədar gömrük və sərhəd keçid prosedurlarını sürətləndirmək məqsədilə gömrüklə bağlı ilkin dəmir yolu məlumatlarının mübadiləsi; dəmir yolu ilə həyata keçirilən poçt əməliyyatlarına dair ilkin məlumatların mübadiləsi; dəmir yolu ilə beynəlxalq daşımalar zamanı gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması və digər məsələlərə baxılması nəzərdə tutulub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qubada ayi ovlayan sexsler saxlanilib
    Qubada ayı ovlayan şəxslər saxlanılıb
  • hhq nin hava hucumundan mudafie bolmesinin yeni yasayis kompleksinin acilisi olub
    HHQ-nin hava hücumundan müdafiə bölməsinin yeni yaşayış komp...
hhq nin hava hucumundan mudafie bolmesinin yeni yasayis kompleksinin acilisi olub hhq nin hava hucumundan mudafie bolmesinin yeni yasayis kompleksinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9963
 
RR
0.0287