Azərbaycanda 15 yaşı tamam olmayanlara şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə rüsum dəyişdirilir

azerbaycanda 15 yasi tamam olmayanlara sexsiyyet vesiqesinin verilmesi ve ya deyisdirilmesine gore rusum deyisdirilir

"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

 

“APA-Economics” xəbər verir ki, qanuna dəyişiklik bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə olunub.

 

"Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat məbləğində müəyyən edilib.

 

Xatırladaq ki, mövcud qanuna əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə 5 manat, 3 iş günü müddətində edildikdə 25 manat, 1 iş günü  müddətində verildikdə isə 35 manat məbləğindədir.

 

Qeyd edək ki, qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən( 15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsədi ilə hazırlanıb.

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Dəyişiklik qəbul edilərsə, qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301