Banklarda hesabların açılması qaydaları dəyişir

banklarda hesablarin acilmasi qaydalari deyisir

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsini hazırlayıb.

 

Azərbaycan Banklar Assosiasiyasından (ABA) “APA-Economics”ə verilən məlumata əsasən, layihədə bank hesablarının açılması və rəsmiləşdirilməsi prosedurlarına və hesablara, eləcə də hesablar üzrə aparılan əməliyyatlara davamlı nəzarət qaydalarına dəyişikliklər edilməsi nəzərdə tutulub. Həmçinin, qaydalara yeni anlayışlar da daxil edilib.

 

Qeyd edək ki, layihədə hesabın açılması üçün tələb olunan sənədlərdə ciddi dəyişiklik nəzərdə tutulmayıb.

 

Qaydaların yenilənmiş layihəsi banklar tərəfindən nəzərdən keçirilməsi üçün ABA-ya ünvanlanıb. Layihə ilə bağlı təkliflər hazırlandıqdan sonra ABA tərəfindən MBNP-na təqdim edilməsi planlaşdırılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • novxanida avtoq za olub xesaret alan var
    Novxanıda avtoqәza olub, xəsarət alan var
  • cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib
    Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursat aşkarlanıb...
cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9959
 
RR
0.0287