Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsiyanı sıfıra endirib"

bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib

"Biz tam əminliklə deyə bilərik ki, hal-hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində çox mütərəqqi və müasir qanunvericilik bazası mövcuddur".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.


Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə sahəsində 2003-cü ildən bu günə qədər 3 dövlət proqramı qəbul edilib, hal-hazırda da Azərbaycanda 2015-2018-ci illəri əhatə edən "Açıq hökumətin təşviqinə dair" dövlət proqramının strategiyası mövcuddur: "Biz hal-hazırda bu strategiyanın həyata keçirilməsi ilə məşğuluq. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") mərkəzlərinin səmərəli fəaliyyətini xüsusi qeyd etməliyik. Mən əminliklə deyirəm ki, "ASAN Xidmət"in yaranmasından və bu qurum Azərbaycanın müxtəlif coğrafi ərazilərini və fəaliyyət sahələrini əhatə etdikdən sonra həmin sahələrdə korrupsiya sıfıra enib. Biz bunu gündəlik fəaliyyətdə də görürük. Əgər əvvəllər Baş Prokurorluğa bu və ya digər xidmət sahəsi ilə bağlı şikayətlər daxil olurdusa, artıq bir müddətdən sonra "ASAN xidmət" mərkəzlərinin əhatə etdiyi sahələrdə və regionlarda bununla bağlı bizə heç bir məlumat daxil olmur".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287