Bugünkü hərracda 33 dövlət əmlakı özəlləşdirilib

bugunku herracda 33 dovlet emlaki ozellesdirilib

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən növbəti hərracda 33 dövlət əmlakı özəlləşdirilib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bunlardan 7 əmlak üzrə vətəndaşlar tərəfindən 17 sifariş qəbul edilib. Sifarişlərdən 4-ü isə elektron qaydada verilib. Qeyri-yaşayış üzrə özəlləşdirilən əmlaklardan 15-i Bakıda qalanları isə Gəncə, Sumqayıt, Bərdə şəhərlərində yerləşir.

 

Qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsinə aid olan 2 dövlət əmlakı bir neçə investoru özünə cəlb edə bilib. Nəticədə paytaxtın Nərimanov rayonunda yerləşən əmlakın ilkin start qiyməti 10 min 800 manat olmasına baxmayaraq 30 min 500 manata özəlləşdirilib.

 

Budəfəki hərracda alıcılardan biri paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə onlayn olaraq qoşulub.

 

Özəlləşdirilən 33 əmlaklardan 1-i səhmdar cəmiyyət, 3-ü kiçik dövlət müəssisəsi, 18-i qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 10-u isə nəqliyyat vasitəsidir. Bakı  şəhəri üzrə 1 səhmdar cəmiyyəti, 2 kiçik dövlət müəssisəsi, 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 10 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili sahəsi özəlləşdirilib.

 

Özəlləşən kiçik dövlət müəssisələrinin 2-si paytaxtın Sabunçu və Qaradağ rayonlarında digəri isə Abşeron rayonunda yerləşir. Adıçəkilən obyektin ümumi faydalı sahəsi 206 kvadratmetr, torpaq sahəsi isə 250 kvadratmetrə yaxındır. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

 

Səhmdar cəmiyyəti üzrə özəlləşən əmlak “Sabirabad Tədarük” ASC-dir. Yarımçıq tikilisi isə Göyçay rayonunda yerləşən Barama toxumu zavodudur. Adıçəkilən əmlakın torpaq sahəsi 11 min kvadratmetrə yaxındır .

 

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:08 24 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • boyuk britaniyada xocali soyqiriminin 26 ci ildonumu munasibeti ile anim merasimi kecirilib
    Böyük Britaniyada Xocalı soyqırımının 26-cı ildönümü münasib...
  • sirvan sakini gulle yarasi alib
    Şirvan sakini güllə yarası alıb
sirvan sakini gulle yarasi alib sirvan sakini gulle yarasi alib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301