Əfqanıstan Maliyyə Nazirliyi Azərbaycan təcrübəsini öyrənir

efqanistan maliyye nazirliyi azerbaycan tecrubesini oyrenir

Əfqanıstanın Maliyyə Nazirliyinin rəsmi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, səfərin məqsədi Azərbaycanın dövlət təşkilatlarında ERP-texnologiyalarının (“müəssisə resurslarının idarəetmə sistemi”) tətbiqi və büdcədən maliyyələşən təşkilatlar üçün maliyyə və mühasibatlıq hesabatları avtomatlaşdırılmış informasiya sistemi (FARABI) üzərindən Maliyyə Nazirliyi ilə elektron sənədləşmənin aparılması ilə yaxından tanışlıqdır.


Dünya Bankının "Korporativ və büdcə sektorunda hesabatlılıq" layihəsi çərçivəsində Azərbaycanda tətbiq edilmiş FARABI sistemi vasitəsilə bütün mühasibat sənədləri Maliyyə Nazirliyinə elektron formatda təqdim edilir. Artıq bir neçə ildir ki, bu sistem Azərbaycanın 150-dən artıq dövlət təşkilatında, həmçinin bir çox ali təhsil müəssisələrində effektiv istifadə olunur.

 

Maliyyə Nazirliyinin sifarişi ilə Azərbaycanın SINAM şirkəti tərəfindən ərsəyə gətirilmiş FARABI sistemi “bulud” texnologiyaları üzərində qurulub. FARABI sistemi effektivliyi və texnoloji üstünlüklərinə görə Dünya Bankı tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan təcrübəsini beynəlxalq aləmdə nümayiş etdirmək üçün bu beynəlxalq maliyyə institutu tərəfindən xüsusi sənədli film də çəkilib.

 

Əfqanıstanın Maliyyə Nazirliyi ölkəsində Azərbaycanın FARABI sisteminin analoqunu tətbiq etmək niyyətindədir və bu iri və mürəkkəb layihənin həmin ölkədə reallaşdırılması üçün Azərbaycandan, habelə Dünya Bankından və ya digər beynəlxalq maliyyə institutlarından yardım cəlb edilməsini nəzərdən keçirir. 

 

Sentyabrın 15-dək davam edəcək səfər çərçivəsində Əfqanıstanın Maliyyə Nazirliyinin nümayəndə heyəti üçün FARABİ sisteminin tətbiq olunduğu bir sıra dövlət təşkilatlarında görüşlər təşkil olunacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ