Gömrükçülər "Kiçik Gəmi Əməliyyatları" kurslarında iştirak ediblər

Dövlət Gömrük Komitəsinin (DGK) Xəzər dənizində Azərbaycanın İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin bir qrup gömrük gəmi kapitanı Türkiyənin Antalya şəhərində keçirilən kurslarda iştirak edib.

 

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın Sahil Mühafizə mütəxəssisləri tərəfindən hazırlanan və "Kiçik Gəmi Əməliyyatları" kurslarına Azərbaycanla yanaşı, Türkiyə gömrük xidmətinin də əməkdaşları qatılıblar.

 

Kurslarda mütəxəssislər tərəfindən gəmi heyətinin səfərə hazırlığı və komplektləşdirilməsi, gəminin təchizatı və onların gündəlik yoxlanılması, gəminin dənizə çıxması üçün şəraitin qiymətləndirilməsi, gəminin əməliyyata texniki hazırlığı, naviqasiya avadanlıqların istifadə qaydaları, dəniz naviqasiya xəritələri ilə iş, məsafənin və vaxtın təyin olunması, xətt üzərində praktiki olaraq tapşırığın yerinə yetirilməsi və digər mövzularda iştirakçılara məlumat verilib. Qeyd edək ki, iştirakçılar kurs çərçivəsində əldə olunan bilikləri Antalya limanında tətbiq etmək imkanı da əldə ediblər. Kursun sonunda iştirakçılar xüsusi imtahanlara cəlb olunub və imtahanlarda uğurlu nəticə əldə edən gömrükçülərə sertifikatlar verilib.

 

10 gün davam edən kurslarda iştirak edən gömrük əməkdaşları Nazim Şakirzadə, Rəhman Cəfərov, Rəsul Cəbrayılov və Cavid Abbasov tədris edilən bilik və bacarıqları mənimsəyərək praktiki tapşırıqların öhdəsindən uğurla gəlib və müvafiq sertifikatlar əldə ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:06 23 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • babek prospektinde su xetlerinin cekilisi mayda basa catdirilacaq
    Babək prospektində su xətlərinin çəkilişi mayda başa çatdırı...
  • abs sefiri ve xanimi zengilan rayon 4 sayli orta mektebini ziyaret edibler
    ABŞ səfiri və xanımı Zəngilan rayon 4 saylı orta məktəbini z...
abs sefiri ve xanimi zengilan rayon 4 sayli orta mektebini ziyaret edibler abs sefiri ve xanimi zengilan rayon 4 sayli orta mektebini ziyaret edibler +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301