İpoteka Fondu indiyədək istiqraz emissiyası üzrə investorlara 67 mln. manat faiz ödəyib

ipoteka fondu indiyedek istiqraz emissiyasi uzre investorlara 67 mln manat faiz odeyib

2016-cı ilin noyabr ayında adi ipoteka kreditlərinin verilməsi məqsədilə Cəmiyyət tərəfindən 10 il müddətinə 50 mln. manat məbləğində illik 3% dərəcəsi ilə ölkədə ilk dəfə olaraq ipoteka istiqrazlarının emissiyasına başlanılıb. 2017-ci il ərzində illik 3% dərəcəsi ilə ümumi həcmi 250 mln. manat olan ipoteka istiqrazlarının 2-ci, 3-cü və 4-cü emissiyası həyata keçirilib.

 

“APA-Economics”in məlumatına görə, bu “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabatda öz əksini tapıb.

 

Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Cəmiyyət tərəfindən cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 655 mln. manata çatıb. Cəlb olunmuş vəsaitlərdən 120,4 mln. manat məbləğində istiqraz üzrə öhdəliklər tam şəkildə yerinə yetirilib.

 

Hazırda Cəmiyyətin dövriyyədə olan istiqrazlarının həcmi 534,6 mln. manat təşkil edir, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.

 

Qeyd edək ki, 2009-cu ildən etibarən Cəmiyyət tərəfindən istiqraz emissiyası üzrə investorlara 67 mln. manat məbləğində kupon (faiz) ödənişləri həyata keçirilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
  • cambridge assesment english in numayendeleri hedef liseyinde olublar
    “Cambridge Assesment English”in nümayəndələri Hədəf liseyind...
cambridge assesment english in numayendeleri hedef liseyinde olublar cambridge assesment english in numayendeleri hedef liseyinde olublar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279