Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

maliyye nazirliyi qeyri hokumet teskilatlarina muraciet edib

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata dörə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

 

Qeyd edək ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib.

 

Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

 

Maliyyə vəziyyəti haqqında.

Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat.

Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

 

“Eyni zamanda, Maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və sizin təşkilatınızın maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin formanı dolduraraq Maliyyə Nazirliyi təqdim etməlisiniz”, - deyə məlumatda qeyd olunub.

 

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. QHT təmsilçiləri www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim edə bilər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
  • cambridge assesment english in numayendeleri hedef liseyinde olublar
    “Cambridge Assesment English”in nümayəndələri Hədəf liseyind...
cambridge assesment english in numayendeleri hedef liseyinde olublar cambridge assesment english in numayendeleri hedef liseyinde olublar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279