Nazir: "Haqqında şikayətlər daxil olan vergi məmurları ilə bağlı ölçülər götürüləcək"

nazir haqqinda sikayetler daxil olan vergi memurlari ile bagli olculer goturulecek

"Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılması şübhəsiz ki, Vergilər Nazirliyinin insan resurslarına, kadrların peşəkarlığına tələbləri artırır".

 

"APA-Economics" xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, qarşıda duran hədəf və məqsədlərin həyata keçirilməsində aparıcı qüvvə məhz analitik düşüncəyə, müvafiq bilik və bacarıqlara sahib olan insan resurslarıdır.

 

M.Cabbarov qeyd edib ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb.

 

"Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək", - deyə nazir vurğulayıb.

 

Nazir əlavə edib ki, vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək: "Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301