Ölkəyə külli miqdarda pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb

Ölkəyə külli miqdarda pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycana "Mersedes-Benz 300 D" markalı avtomobillə gələn Gürcüstan vətəndaşı ilə idarə etdiyi avtomobildə və ya üzərində gömrük nəzarətindən gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli olan hər hansı predmetin olmasına dair şifahi sorğu-sual aparılıb.

 

Həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, keçirilən gömrük baxışı zamanı avtomobilin arxa oturacağının içərisindən və alt hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən üzərində gürcü əlifbası ilə yazılar olan 576 ədəd fişəng və 160 qutu pirotexniki vasitə aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 11 Dekabr
19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • diplomatlar beynelxalq teskilatlarin numayendeleri ve kiv temsilcilerinin tertere seferi baslayib yenilenib
    Diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və KİV t...
  • dtx nin emekdasi dunya cempionu olub
    DTX-nin əməkdaşı dünya çempionu olub
dtx nin emekdasi dunya cempionu olub dtx nin emekdasi dunya cempionu olub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
2.0024
 
RR
0.0287