Ötən ilin 11 ayında xarici ticarət dövriyyəsi 22 mlrd. dollar təşkil edib

oten ilin 11 ayinda xarici ticaret dovriyyesi 22 mlrd dollar teskil edib

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 114 ölkəyə məhsul ixrac olunub, 176 ölkədən idxal olunub.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 mlrd. 809,4 mln. dollar, o cümlədən ixracın dəyəri 14 mlrd. 018,7 milyon dollar, idxalın dəyəri 7 mlrd. 790,7 mln. dollar təşkil edib, nəticədə 6 mlrd. 228,0 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

 

2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6% artıb, real ifadədə isə 10,9%, o cümlədən ixrac 6,5%, idxal 17,6% azalıb.

 

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,4%-ni İtaliyaya, 10,5%-ni Türkiyəyə, 4,5%-ni  İsrailə, 4,2%-ni Rusiyaya, 3,9%-ni Kanadaya, 3,8%-ni Çexiyaya, 3,6%-ni Almaniyaya, 3,5%-ni Çinə, 3,4%-ni Gürcüstana, 3,2%-ni İndoneziyaya, 3,0%-ni Portuqaliyaya,  2,9%-ni Hindistana,  2,7%-ni Fransaya, 2,4%-ni  Ukraynaya, qalan 17,0%-ni  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

 

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5%-i Rusiya, 14,7%-i Türkiyə, 9,8%-i Çin, 8,7%-i ABŞ, 5,2%-i Ukrayna, 4,9%-i Almaniya, 3,6%-i İtaliya, hər biri 2,7% olmaqla İran və Birləşmiş Krallıq, 2,2%-i Braziliya, 1,9%-i Yaponiya,  hər biri 1,7% olmaqla Norveç və Fransa, 22,7%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb. 2017-ci ilin yanvar-noyabr aylarında 1 mlrd. 386,7 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1%, real ifadədə isə 21,8% çoxdur.

 

2017-ci ilin yanvar-noyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,0%, təzə tərəvəz – 83,8%, kartof – 50,7%, tütün – 2,0 dəfə, çay – 52,1%, bitki yağları – 0,1%, meyvə və tərəvəz şirələri – 64,6%, təbii üzüm şərabları və üzüm suslosu – 97,6%, meyvə və tərəvəz konservləri – 5,1%, pambıq lifi – 6,3 dəfə, bentonit gili – 3,2 dəfə artmış, şəkər ixracı isə 42,1%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 4,1%, polietilen – 13,5%, emal olunmamış alüminium – 27,1%, qara metallardan borular – 3,6%, qara metallardan yarımfabrikatlar – 44,0%, pambıq ipliyi – 25,8% azalıb.

 

2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-noyabr aylarında təzə meyvə idxalı 2,5%, çay – 4,7%, quş əti və onun əlavə məhsulları – 2,2%, mal əti – 92,1%, siqaret – 9,9%, polad prokatı – 9,0%, minik avtomobilləri – 2,0 dəfə, hesablama maşınları, blok və qurğuları – 52,6%, rezin şinlər – 31,5%, qara metallardan çubuqlar – 11,4%,  mineral gübrələr – 19,6%, qara metallardan künclüklər ­– 23,1%, paltaryuyan maşınlar – 67,5%, məişət kondisionerləri – 23,8%, yük avtomobilləri – 2,2 dəfə, avtobuslar – 2,1 dəfə artmış, buğda idxalı isə 22,2%, xam şəkər və şəkər – 2,6%, bitki yağları – 4,4%, kərə yağı, digər süd yağları və pastaları – 7,4%, kartof – 10,7%, təzə tərəvəz – 43,7%, qara metallardan borular – 47,4%, mebel – 19,2%,  polietilen – 8,7%, sement və sement klinkerləri – 92,5%, məişət soyuducuları – 16,4% azalıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:52 20 Yanvar
09:26 20 Yanvar
07:44 20 Yanvar
23:52 19 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiye prezidenti yeniden ermenistana arxivleri acmagi teklif edib
    Türkiyə prezidenti yenidən Ermənistana arxivləri açmağı təkl...
  • nesimi nebizade ile ana xeber bloku 20 yanvar
    Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku –20 yanvar
nesimi nebizade ile ana xeber bloku 20 yanvar nesimi nebizade ile ana xeber bloku 20 yanvar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301