“PAŞA Bank” “İBM” şirkəti ilə birgə rəqəmsal laboratoriya yaradıb

pasa bank ibm sirketi ile birge reqemsal laboratoriya yaradib

“PAŞA Bank”ın müştərilərinin 84 faizi ödənişləri valyuta ilə edir, bu isə zənnimcə, yaxşı göstəricidir”.

 

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzusunda “MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı”nda “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

 

Onun sözlərinə görə, növbəti üç il ərzində bank bu göstəricini 90 faizədək artırmaq niyyətindədir. “Burada söhbət yalnız nağd vəsaitlərdən getmir. Biz həm də müştərilərlə aparılan əməliyyatları 90 faizə çatdırmaq istəyirik. Biz artıq “İBM” şirkəti ilə rəqəmsal laboratoriya yaratmışıq. Artıq yerli işçilərdən ibarət işçi heyəti yaratmışıq ki, bu layihəni həyata keçirək. Mənə görə korporativ bankçılıqda müştəri ilə yaradılan münasibətlər daha önəmlidir. Müştəri ilə münasibətləri rəqəmsallaşdırırsınızsa, deməli hər bir müştəri ilə fərdi münasibət qurursunuz. Burada müştərinin korporativ və ya fərdi müştəri olmasının fərqi yoxdur. Deyə bilmərəm ki, 2020-ci ildə biz tamamilə rəqəmsal bank olacağıq. Hər halda bu istiqamətdə fəaliyyətimizi genişləndiririk. Mənə görə rəqəmsallaşma yalnız avtomatlaşma və sürətlənmə deyil, həm də müştərilərlə münasibətləri möhkəmləndirməkdir,” – deyə T. Kazımov bildirib.

 

T. Kazımov onu da əlavə edib ki, bu gün “PAŞA Bank”ın Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanda törəmə müəssisələri var: “Bununla biz hər üç ölkə arasında əməkdaşlığı genişləndiririk. Növbəti üç il ərzində əməliyyatları iki dəfə artırmağı planlaşdırırıq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
  • cambridge assesment english in numayendeleri hedef liseyinde olublar
    “Cambridge Assesment English”in nümayəndələri Hədəf liseyind...
cambridge assesment english in numayendeleri hedef liseyinde olublar cambridge assesment english in numayendeleri hedef liseyinde olublar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279