Xalid Əhədov: "Abbas İbrahimov və Aqşin Əmirov ABB-dədir"

xalid ehedov abbas ibrahimov ve aqsin emirov abb dedir

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov Abbas İbrahimov və Aqşin Əmirovun bankın menecmentinə təyin olunduğunu təsdiqləyib.

 

"APA-Economics"ə açıqlamasında X. Əhədov bildirib ki, adıçəkilən şəxslər ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunublar: "Abbas da, Aqşin də ABB-dədir. İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətiriliblər. Bir qədər sonra komandamıza qoşulacaqlar. Onlar üçün yeni ştat yaradılıb. Güclü komanda ilə yola davam edirik".

 

Qeyd edək ki, Abbas İbrahimov bu təyinatadək "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri, Aqşin Əmirov isə "Bank Respublika" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini tutublar. Beləliklə, bankın İdarə Heyəti sədrinin müavinlərinin sayı 5-ə çatıb.

 

Hazırda "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini Zaur Qaraisayev icra edir.

 

A. Əmirovun yerinə isə təyinat yoxdur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ