YAP-ın 2017-ci il üzrə gəlir və xərcləri açıqlanıb

yap in 2017 ci il uzre gelir ve xercleri aciqlanib

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

 

APA-nın məlumatına görə, iclasda YAP İdarə Heyətinin 2017-ci ilə dair illik hesabatı, YAP-ın tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2017-ci ilə dair illik statistik hesabat, partiyanın 2017-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2018-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.

 

İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabatı dinlənilib. 2017-ci ildə YAP-ın gəlirləri 8 315 436 manat olub. Bunun 7 173 280  manatını üzvlük haqları, 1 142 156 manatını  büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən YAP-a düşən pay təşkil edib. YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 4 202 663 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 713 757  manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 42 785 manatı ezamiyyə xərclərinə, 204 302 manatı inventarın alınmasına, 4 419 586 manatı tikinti və təmir işlərinə, 421 317  manatı kommunal və təsərrüfat xərclərinə, 242 535 manatı yanacaq və avtomobillərə xidmət işlərinə,  59 930 manatı bank xidmətinə, 50 385 manatı dəftərxana xərclərinə, 38 285 manatı çap işlərinə, 104 986 manatı isə sair xərclərə sərf edilib.

 

Beləliklə, əvvəlki illərin qalıq hesablarından köçürmələr də daxil olmaqla, YAP-ın cəmi xərcləri 10 500 531 manat təşkil edib. Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 6 446 014 manat qalıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 20 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mecburi kockun ailelerinin terterdeki yeni seherciye kocurulmesine baslanilib
    Məcburi köçkün ailələrinin Tərtərdəki yeni şəhərciyə köçürül...
  • erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq
    Ərdoğan: “Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alın...
erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Fevral, 2018

USD
1.7001
 
EUR
2.106
 
RR
0.0301