Azərbaycan məhsulları Fars körfəzinin məşhur marketlər şəbəkəsində satılacaq

azerbaycan mehsullari fars korfezinin meshur marketler sebekesinde satilacaq

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində vahid "Made in Azerbaijan" ölkə stendi altında məhsullarını təqdim edən yerli şirkətlərimiz "Lulu" marketlər şəbəkəsinin rəhbərləri ilə görüşüblər.

 

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların "Lulu" marketlər şəbəkəsində satışı barədə geniş fikir mübadiləsi aparılıb. Bu görüşün uğurlu nəticəsi olaraq "Lulu" marketlər şəbəkəsinin Fars körfəzi regionunda yerləşən bütün mağazalarında Azərbaycan məhsullarının satışının həyata keçirilməsi istiqamətində razılıq əldə olunub.

 

Qeyd edək ki, "Lulu" marketlər şəbəkəsi Fars körfəzi regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə BƏƏ, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kecmis telekanal rehberinin cayda batan oglunun meyiti tapilib yenilenib
    Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıl...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ