Azərbaycan prezidenti: “Elə etməliyik ki, bütün xammal daxildə istehsal olunsun”

azerbaycan prezidenti ele etmeliyik ki butun xammal daxilde istehsal olunsun

“Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft ixracını artıraq”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında xalçaçılarla görüşü zamanı deyib.

 

Dövlət başçısı qeyd edib ki, xalçaçılıq sənətinə çox böyük maraq var: “Ölkəmizin dünyada təbliği işində xalçaçılıq bəlkə də ən öndə gedən sənətlərdən biridir. Eyni zamanda, xalçaçılıq sənəti iqtisadi cəhətdən də ölkəmizi gücləndirir. Çünki bu, ixrac məhsuludur. Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft ixracını artıraq. Əlbəttə ki, ilk növbədə, sənayenin, kənd təsərrüfatının, eyni zamanda, xalçaçılığın inkişafı bizə belə bir imkanlar yaradacaq. Biz, eyni zamanda, Sumqayıtda əyirici-boyaq fabrikinin açılışına da hazırlaşırıq. Yəni, elə etməliyik ki, bütün xammal daxildə istehsal olunsun. Boyalar, iplər, hətta bütün dəzgahlar, yun tədarükü olacaq. Ona görə bugünkü hadisə çox böyük məna daşıyır. Biz gərək xalçaçılığı bərabər qoruyaq”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 20 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan beser esedi destekleyen quvvelerin afrinden geri cekilmesinden danisib
    Ərdoğan Bəşər Əsədi dəstəkləyən qüvvələrin Afrindən geri çək...
  • penitensiar xidmetin erazisinde yangin sondurulub yenilenib
    Penitensiar Xidmətin ərazisində yanğın söndürülüb - YENİLƏNİ...
penitensiar xidmetin erazisinde yangin sondurulub yenilenib penitensiar xidmetin erazisinde yangin sondurulub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Fevral, 2018

USD
1.7001
 
EUR
2.106
 
RR
0.0301