Azərbaycan və Yaponiya qeyri-neft sektorunda əlaqələri genişləndirəcək

azerbaycan ve yaponiya qeyri neft sektorunda elaqeleri genislendirecek

İqtisadiyyat naziri Şahin Mustafayev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazir Şahin Mustafayev Azərbaycana səfir təyin olunması münasibəti ilə diplomatı təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. O bildirib ki, Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr uğurla inkişaf edir, əməkdaşlığın genişlənməsində qarşılıqlı rəsmi səfərlər əhəmiyyətli rol oynayır: “Azərbaycan və Yaponiya arasında 13-ü iqtisadi sahədə olmaqla 19 sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9 iclası keçirilib. Hazırda müzakirə mərhələsində olan investisiyaların təşviqinə dair Sazişin imzalanması ölkələrimiz arasında, xüsusilə iş adamları arasında əlaqələrin genişlənməsində əhəmiyyətli olacaq. Azərbaycanda 25 yapon şirkəti fəaliyyət göstərir”.

 

Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Ş. Mustafayev ölkələrimiz arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib, nəqliyyat, logistika sahəsində həyata keçirilən iri layihələr barədə məlumat verib. Vurğulanıb ki, sənaye, əczaçılıq, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

 

Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirib, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib, Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsinə dair fikirlərini bölüşüb.

 

Görüşdə qeyri-neft sektorunda əməkdaşlığa, Yaponiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına investisiya qoyuluşuna, Azərbaycan məhsullarının Yaponiyaya ixracına, bu ölkəyə ixrac missiyasının təşkilinə, iş adamları arasında görüşlərin keçirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ