Azərbaycanda 15 mindən çox qida və qeyri-ərzaq məhsulu dövlət qeydiyyatına alınıb

azerbaycanda 15 minden cox qida ve qeyri erzaq mehsulu dovlet qeydiyyatina alinib

2016-cı il ərzində Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na uyğun olaraq hüquqi və fiziki şəxslərin müraciətləri əsasında ərzaq və qeyri-ərzaq məhsullarından götürülmüş nümunələr laborator müayinələrə cəlb edildikdən sonra dövlət gigiyena qeydiyyatına alınıb.

 

APA-nın xəbərinə görə, Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-gigiyena şöbəsinin müdiri Novruzi Saleh bildirib ki, ötən il laborator müayinələrdən keçəndən sonra dövlət qeydiyyatına alınan qida məhsullarının sayı 10 998, qeyri-ərzaq məhsullarının sayı isə 4484 olub.

 

Onun sözlərinə görə, ərzaq və qeyri-ərzaq məhsulları fiziki və hüquqi şəxslər tərəfindən gətirilir. Şöbə müdiri vurğulayıb ki, ölkəyə gətirilərək dövlət qeydiyyatına alınanlar arasında uşaq qidaları, ət məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, yağlar, müxtəlif qənnadı məhsullar üstünlük təşkil edir: “Türkiyə, Rusiya, Ukrayna, habelə Almaniya, Fransa, İtaliya və digər ölkələrdən gətirilən məhsullar daha çox olur. Məsələn, bu gün ət məhsulları ən çox Rusiya, Ukrayna, Braziliya, ABŞ, Kanada, ətirlər Çexiya, Fransa, Polşa və Türkiyədən gətirilir”.  
 


N. Saleh əlavə edib ki, dövlət gigiyena qeydiyyatına alınan məhsullar haqda məlumat Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) yerləşdirilir. Onun sözlərinə görə, bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə tam məlumat olur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ