Azərbaycanda xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı 7% artıb

azerbaycanda xarici ticaret fealiyyeti ile mesgul olan subyektlerin sayi 7 artib

“2017-ci ildə Azərbaycanın qeyri-neft ixracı 24% artıb. Bu müddətdə kənd təsərrüfatı ixracında 28%, sənaye məhsulu ixracında 21% artım qeydə alınıb”.

 

“APA-Economics”in məlumatına görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün Bakıda İxracatçılar Klubunun 2018-ci il üçün iclası və “Made in Azerbaijan” brendinin loqosunun təqdimatında məlumat verib.

 

Onun sözlərinə görə, ölkədə həyata keçirilən islahatlar, istehsalın və ixracın genişləndirilməsi nəticəsində cari ildə də ixracda artıma nail olunacağı gözlənilir.nazir müavini bildirib ki, ölkədə həm sənaye, həm də kənd təsərrüfatına dəstək istehsalın tarazlı inkişafını təmin edir.

 

O qeyd edib ki, ölkədə xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı 7% artıb. S.Babayevin sözlərinə görə, 14 mindən çox sahibkarlıq subyekti xarici ticarət fəaliyyəti ilə məşğul olur: “Ötən il Azərbaycan 3100 çeşiddə məhsul ixrac edib”.

 

Nazir müavini bildirib ki, ötən il 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib. Həmçinin 44 sahibkarlıq subyektinə ixracın təşviqi üzrə yardım olunub.

 

O bildirib ki, “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində ötən il ərzində 10 ixrac missiyası təşkil edilib. İxrac missiyalarında 160-dan çox şirkət iştirak edib. İxrac təşviqinin məbləği 2,870 mln. manat təşkil edib.

 

Nazir müavini bildirib ki, “Socar Georgia Petroleum” şirkətinin yanacaqdoldurma məntəqələri üçün 10 stend hazırlanıb: “Stendlər yanvar ayının sonuna qədər yerləşdiriləcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:52 20 Yanvar
09:26 20 Yanvar
07:44 20 Yanvar
23:52 19 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiye prezidenti yeniden ermenistana arxivleri acmagi teklif edib
    Türkiyə prezidenti yenidən Ermənistana arxivləri açmağı təkl...
  • nesimi nebizade ile ana xeber bloku 20 yanvar
    Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku –20 yanvar
nesimi nebizade ile ana xeber bloku 20 yanvar nesimi nebizade ile ana xeber bloku 20 yanvar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301