Azpromo "İpək yolu" ölkələrinə ixracı asanlaşdıran elektron ticarət portalı ilə anlaşma memorandumu imzalayıb

azpromo ipek yolu olkelerine ixraci asanlasdiran elektron ticaret portali ile anlasma memorandumu imzalayib

Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə "İpək Yolu ölkələrinə Azərbaycanın ixrac potensialı" mövzusunda təqdimat keçirilib.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə kənd təsərrüfat, qida sənayesi, tikinti, əzcazçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən 30-a qədər yerli şirkətin nümayəndəsi iştirak edib.

 

Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

ZOODEL beynəlxalq elektron ticarət portalının MDB ölkələri üzrə direktoru Sardor Məhəmmədəli portalın fəaliyyətinə dair təqdimatla çıxış edib.

 

Tədbirdə AZPROMO ilə ZOODEL arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Qeyd edə ki, ZOODEL MDB ölkələrində fəaliyyət göstərən şirkətlərin "İpək yolu" ölkələrinə ixracını asanlaşdıran elektron ticarət portalıdır. Portal istifadəçilərinə ixracın inkişafına dair təlimlər və konfranslarda iştirakı, məhsulun portalda 6 dildə təqdim olunmasını, 15 ölkədə keçirilən tenderlər barədə məlumatları təklif edir. Həmçinin istifadəçilər barədə mütəmadi olaraq xüsusi kataloqlar hazırlanır və beynəlxalq tədbirlərdə yayılır. ZOODEL Azərbaycan sahibkarlarına 6 ay portaldan ödənişsiz istifadə etməyi təklif edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:08 17 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qebiristanliqda gizledilmis silah tapilib
    Bakıda qəbiristanlıqda gizlədilmiş silah tapılıb
  • baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub yenilenib
    Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansi...
baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub yenilenib baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0827
 
RR
0.0301