Azxeport portalı 9 rayonun 130 sahibkarı ilə görüşüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün sahibkarlara dəstək olan Azexport portalı bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarlarla görüşünü davam etdirib.

 

APA-nın xəbərinə görə, Yevlaxda təşkil olunan görüşə Mingəçevir, Ağcabədi, Ağdaş, Bərdə, Göyçay, Kürdəmir, Ucar və Zərdab da daxil olmaqla 9 rayondan 130 sahibkar qatılıb.

 

Görüşün keçirilməsində əsas məqsəd sahibkarlara Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı barədə geniş məlumat verməkdir.

Sahibkarlarla keçirilən görüşdə Yevlax Rayon İcra Hakimiyyəti başçısı Qoca Səmədov deyib ki , Yevlax və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların fəaliyyət sahələrindəki məhsuldarlıq ixrac imkanlarına uyğundur. Buna görə də onlar Azexport portalı ilə əməkdaşlıqda maraqlıdırlar.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə son dövrlər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan və bu prosesin fonunda sahibkarların ixrac imkanlarının genişlənməsi barədə danışıb. O bildirib ki, kiçik və orta sahibkarlıq yeni iş yerlərinin yaranması ölkələrdə iqtisadi inkişafı dəstəkləmək naminə böyük əhəmiyyət kəsb edir.   Azexport portalı da məhz bu baxımdan sahibkarlara real imkanlar və şərait yaradır. Vüsal Qasımlı həmçinin sahibkarların yaradılmış şəraitdən səmərəli istifadə etməyinin vacibliyini vurğulayıb.

Azexport.az portalının rəhbəri Zaur Qardaşov sahibkarlara portalın funksionallığı, vahid məlumat bazasının işləmə prinsipi, məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlar barədə ətraflı məlumat verib.
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ramil quliyev men iki olkenin bayragini ucaltmisam musahibe
    Ramil Quliyev:“Mən iki ölkənin bayrağını ucaltmışam”-MÜSAHİB...
  • azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib
    Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçiri...
azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ