"Bakelektro"nun kreditor borcları 78 dəfə artıb

bakelektro nun kreditor borclari 78 defe artib

"Bakelektro" ASC 2016-cı ildə aktivlərini təxminən 2 dəfə artıraraq 17 mln. 694,424 min manata çatdırıb. "APA-Economics" şirkətin hesabatına istinadən xəbər verir ki, uzunmüddətli aktivlərin məbləği 5 mln. 293,723 min manat, qısamüddətli aktivlərin məbləği isə 12 mln. 400,701 min manat təşkil edib.

 

Cari ilin yanvarın 1-ə şirkətin 1 mln. 587,281 min manatlıq uzunmüddətli debitor borcları var.

 

Şirkətin cəmi öhdəlikləri 17 mln. 484,699 min manat təşkil edir. 2015-ci ilin yekunlarına əsasən, bu göstərici 8 mln. 429,240 min manat olub. Beləliklə, il ərzində şirkətin öhdəlikləri 2,1 dəfə artıb. Uzunmüddətli öhdəliklərin məbləği 13 mln. 531,988 min manat, qısamüddətli öhdəliklərin məbləği isə 3 mln. 952,711 min manatdır. Şirkətin qısamüddətli kredit borclarının məbləği il ərzində 78 dəfə artaraq 3 mln. 952,711 min manata çatıb.

ASC-nin nizamnamə kapitalı 7% azalaraq 61,608 min manata çatıb. Şirkətin məcmu kapitalı 209,725 min manatdır ki, bu da illik müqayisədə 35%-lik azalma deməkdir.

 

"Bakelektro" ötən ili 1 mln. 143,735 min manatlıq mənfəətlə başa vurub. Hər səhm üzrə mənfəət 371,294 min manat təşkil edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ