Biznes inkubatorların və startap layihələrinin dəstəklənməsi müzakirə olunub

biznes inkubatorlarin ve startap layihelerinin desteklenmesi muzakire olunub

Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Biznes inkubatorların və sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi” mövzusunda bir sıra dövlət orqanlarının və ali təhsil müəssisələrinin, texnoparkların, ölkədə fəaliyyət göstərən biznes inkubatorların və onların rezidentlərinin, ekspertlərin iştirakı ilə tədbir keçirilib.

 

"APA-Economics" xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov prezidentin İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqaməti kimi sahibkarlığın inkişafı üçün həyata keçirilən davamlı islahatlar, həmçinin bu tədbirlər çərçivəsində biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi və ümumilikdə, sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. S.Məmmədov prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş və görüləcək işlər haqqında məlumat verib.


İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin rəhbəri Akif Fərruxov Nazirliyin Quba-Xaçmaz və Aran Regional mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti, təşəbbüskar gənclərin iştirakı ilə həyata keçirilən tədbirlər və yeni imkanlardan danışıb.

 

Avropa Komissiyasının Azərbaycanda “Regionların inkişafına dəstək Qrant Proqramı” ilə bağlı həyata keçirilən layihənin ekspertləri “Sahibkarlığın inkişafı proqramları - biznes inkubatorlar: imkanlar, problemlər və vəzifələr” mövzusunda təqdimatla çıxış edib, biznes inkubatorların inkişafı, bu sahədə beynəlxalq təcrübə, Azərbaycanda bu sahədə aparılmış təhlillərin nəticələri barədə məlumat verib.

 

Tədbirdə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov nazirlik tərəfindən keçirilən İnnovasiya Müsabiqəsi, Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov startap layihələrinin dəstəklənməsi ilə bağlı təbdir iştirakçılarını məlumatlandırıblar.

 

Tədbir çərçivəsində ölkədə fəaliyyət göstərən biznes inkubatorların idarəedicilərinin, rezidentlərinin, ölkədə fəaliyyət göstərən startapların fikirləri dinlənilib, müzakirələr aparılıb və biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üçün İqtisadiyyat Nazirliyində bu sahə üzrə peşəkar mütəxəssislərin və fəal inkubator idarəedicilərinin də təmsil olunduğu Komissiyanın yaradılması qərara alınıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq
    Rusiyaya “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac olu...
  • imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya
    İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum...
imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 19 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285