Bu il istehsalatda bədbəxt hadisə zamanı 13 nəfər ölüb

bu il istehsalatda bedbext hadise zamani 13 nefer olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-aprel aylarında istehsalatla əlaqəli 43 bədbəxt hadisə (o cümlədən istehsalatla əlaqəli qrup halında baş vermiş 2 hadisə) qeydə alınıb. Bunu "APA-Economics"ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

 

Şöbə müdiri bildirib ki, daha çox tikinti və nəqliyyat, emal sənayesi, mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən olunan bu hadisələr nəticəsində 13 nəfər dünyasını dəyişib.

 

“Bu dövrdə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı isə 33 nəfər təşkil edib. Dövlət Əmək Müfəttişliyi Xidməti istehsalatla əlaqəli bədbəxt hadisələrlə əlaqədar təhqiqat işləri apararaq, nəticələri əsasında qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlər görüb”, - deyə şöbə müdiri vurğulayıb.

 

E.Babayevin sözlərinə görə, qeyd olunan dövrdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməyin mühafizəsi, texniki təhlükəsizlik, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, habelə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsinin təmin olunması və s. ilə bağlı işəgötürənlər arasında məlumatlandırma işlərini də davam etdirib. İşəgötürənlərə əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi ilə bağlı norma və standartların tətbiqi barədə metodiki köməkliklər göstərilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ