Bugünkü hərracda 16 dövlət əmlakı özəlləşdirilib

bugunku herracda 16 dovlet emlaki ozellesdirilib

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın özəlləşdirilməsinə dair növbəti hərrac keçirilib.


"APA-Economics" xəbər verir ki, hərracda özəlləşdirilən əmlaklardan 2-si səhmdar cəmiyyət, 8-i kiçik dövlət müəssisəsi, 6-sı istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.
 

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən təsərrüfat hesablı təmir-tikinti sahəsi olub. Belə ki, adıçəkilən əmlak 1 mln. 355 min 500 manata özəlləşdirilib. Həmin əmlakın torpaq sahəsi 7869 kvadratmetr, ümumi faydalı sahəsi isə 958 kvadratmetr təşkil edir. Bundan başqa, paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyası da qiyməti ilə digərlərindən fərqlənir. Belə ki, həmin əmlakın qiymət 375 min manatdır. Ümumi faydalı sahəsi 566, torpaq sahəsi isə 22 min 239 kvadratmetr təşkil edir.

 

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Sabunçu, Nizami, Səbail rayonlarında, 1-i Şəki, 1-i Biləsuvar, 1-i Neftçala, 1-i Hacıqabulda digər isə Abşeronda yerləşir.

 

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 4-ü paytaxtın Nərimanov və Yasamal rayonlarında, 2-si isə Gəncə şəhərində yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 20 min 700 manat olub. Ümumi faydalı sahəsi isə 53 kvadratmetr təşkil edib. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə 7 min manat olub. Ümumi faydalı sahəsi isə 66,4 kvadratmetr təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 10 kvadratmetr ilə 66 kvadratmetr, qiymətləri isə 5 min 500 manatla 20 min 700 manat arasında dəyişib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ