Bugünkü hərracda iki dövlət müəssisəsi özəlləşdirilib

bugunku herracda iki dovlet muessisesi ozellesdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, budəfəki hərracda 2 kiçik dövlət müəssisəsi və 7 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

 

Qeyd edək ki, hərrac  barədə elan bir ay öncə komitənin rəsmi internet səhifəsi, özəlləşdirmə portalı (privatization.az) və “facebook” səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında ətraflı məlumat almaq mümkündür. Keçirilən hərracların nəticələri tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

 

https://goo.gl/DfQWxE

 

Hərracda özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hamısı paytaxtda, əsasən Suraxanı, Yasamal, Binəqədi, Nizami, Nərimanov rayonlarında yerləşir. Regionlarda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərinə Göygöl rayonunda yerləşən 21 saylı yanacaq doldurma məntəqəsi aiddir.

 

Hərrac proseduruna əsasən qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur.

 

Xatırladaq ki, növbəti belə hərrac 14 mart tarixində keçiriləcək və keçiriləcək hərracla bağlı məlumatları aşağıdakı linkdən əldə etmək mümkündür:

 

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1408

 

Qeyd edilməlidir ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli “Çağrı Mərkəz”lərində almaq mümkündür.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida milli suranin mitinqi kecirilib yenilenib
    Bakıda Milli Şuranın mitinqi keçirilib - YENİLƏNİB
  • bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib
    Bakıda ilk dəfə olaraq ekstremal “Mübarizlər” yarışı təşkil ...
bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ