"Caspian European Club"un baş icraçı direktoru dəyişib

caspian european club un bas icraci direktoru deyisib

Mustafa Abbasbəyli "Caspian European Club"un yeni baş icraçı direktoru təyin edilib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə "Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.

O qeyd edib ki, M.Abbasbəyli uzun illər "Caspian European Club"un hüquq komitəsinə, gömrük və vergilər komitəsinə rəhbərlik edib.

"O, biznes problemlərinin tədqiqində, həmçinin bizim Azərbaycan prezidenti, "Caspian European Club" və "Caspian American Club"un sədri İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığımız bütün təkliflərin hazırlanmasında fəal iştirak edib", - deyə T.Əliyev vurğulayıb.
 

M. Abbasbəyli 1980-ci ildə Gəncə şəhərində anadan olub. 2000-ci ildə Xəzər Universitetini bitirərək "Beynəlxalq hüquq" ixtisasına yiyələnib. 2001-ci ildə “Türk dili” ixtisası üzrə Egey Universitetini, 2003-cü ildə Ankara Universitetini “Özəl hüquq” ixtisası üzrə bitirib. 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasında dissertasiya müdafiə edərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

Maliyyə sahəsi üzrə bir çox şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Hazırda “Beyli Group” şirkətinə rəhbərlik edir. Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetində dosent kimi çalışır. Vəkillər Kollegiyasının və Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. 50-dən artıq elmi işin, həmçinin 3 kitabın müəllifidir.

"Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. "Caspian European Club" və "Caspian American Club"un sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

Yarandığı ilk gündən "Caspian European Club" neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 21 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sel sulari agsu cayinin yatagini genislendirib yol ve evler tehluke qarsisindadir
    Sel suları Ağsu çayının yatağını genişləndirib, yol və evlər...
  • 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib
    ® “Azercell” “SABAH” Karyera Qış Məktəbi layihəsində ...
174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0949
 
RR
0.03