DGK meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib

dgk meyve terevez istehsali ve ixraci ile mesgul olan sahibkarlarla gorus kecirib

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə sahibkarlarla yanaşı, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika KomitəsiKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları da iştirak edib. Məqsəd sahibkarları Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsulları ilə bağlı bu ölkənin tətbiq etdiyi yeniliklərlə tanış etmək olub.

 

Tədbirdə çıxış edən DGK sədrinin müavini Şahin Bağırov Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

 

Sonra xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ilə məşğul olan biznes subyektlərinin fəaliyyətinə göstərilən dəstək, onların qarşılaşdıqları problemlərin operativ şəkildə həllini tapması üçün görülən işlərdən danışılıb və bir müddət əvvəl Rusiya Federasiyasına pomidor məhsulunun ixracı ilə bağlı göstərilən dəstək tədbirləri diqqətə çatdırılıb.

 

Daha sonra komitə rəsmisi Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsulları, xüsusilə pomidorla bağlı bu ölkə tərəfindən tətbiq olunan normalar və yeniliklər barədə sahibkarları ətraflı məlumatlandırıb. Bildirilib ki, qonşu ölkəyə kənd təsərrüfatı məhsullarının ixracı zamanı qaydalara əməl edilməsi ümumi işə fayda gətirəcək. O da vurğulanıb ki, bu istiqamətdə DGK və onun əlaqədar qurumları daim sahibkarları dinləməyə, onların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün lazım olan dəstəyi göstərməyə hazırdır.

 

Tədbirdə sahibkarlar adından çıxış edən Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ